PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » Təhlükəsizlik siyasəti

Gürcüstanın milli təhlükəsizlik ilə bağlı fundamentl prinsiplərini necə görürsüz?

Milli təhlükəsizlik siyasəti təhlükəsizlik sisteminin formalaşdırılması  milli maraqlar və dəyərlər mövzuları ilə birbaşa əlaqəlidir, hansılar ki,  əsasən çağırışları və təhlükələri müəyyənləşdirir. Məhz milli maraqlarla və dəyərlərlə şərtlənən , məqsədyönlü təhlükəsizlik siyasəti adekvativ nəticələr gətirir.

Gürcüstanın təhlükəsizlik mühitinin tərkib hissəsi olan bütün komponentlərin təhlili ilə milli təhlükəsizlik siyasəti işləyib hazırlamaq olar ki, bu da milli mühitdə milli dəyərlərə əsaslanan maraqların yeridilməsinə və ölkə qarşısında mövcud olan çağırışlara və təhlükələrə düzgün  reaksiyanı təmin edərdi.

Gürcüstan vətəndaşlarının təhlükəsizliyini beynəlxalq ictimaiyyət tərəfindən tanınan dövlət sərhədləri çərçivələrində təmin etmək Gürcüstanın milli dəyəridir. Təhlükəsizliyi təmin etmək üçün Gürcüstan beynəlxalq hüquqla tanınan normaları əldə rəhbər tutur. Gürcüstan qonşularla dinc əməkdaşlıq mühitinin formalaşdırılmasına can atır. Regional təhlükəsizlik sistemlərinin formalaşdırılması, dövlətlər arasında ikitərəfli mehriban qonşuluq sazişləri və çərçivə müqavilələri əsasında onlarla ahəngdar, ardıcıl, balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsinə can atır.

Gürcüstanın məqsədi elə bir təhlükəsizlik sistemi yaratmaqdan ibarətdir ki, bu sistem ölkənin hüquqi və demokratik dövlət kimi inkişafı üçün ilkin şərt yaradır. Bu istiqamətdə İsrailin dövlət təhlükəsizliyi sisteminin və başqa analoqların nümunəsi məqbuldur (təhlükələrin və çağırışların oxşarlığının və təhlükəsizlik mühitinin nəzərə alınması ilə).

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.