PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » Müdafiə siyasəti

Müdafiə sistemini necə təşkil edəcəksiz?

Gürcüstan müdafiə siyasətinin və təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün, ahəngdar siyasət və sağlam hərbi-mülki  qarşılıqlı münasibətlər üçün aşağıdakı həyata keçiriləsi proqram  hərəkətlərini prioritet hesab edir:

  • Hərbi sistemdə və təhlükəsizlik sistemində vətəndaş nəzarətinin, demokratlığın keyfiyyətinin yüksəldilməsi;
  • Parlamentdə fəaliyyət göstərən “Etimad qrupu”nun səlahiyyətinin gücləndirilməsi—ona hərbi və təhlükəsizlik sisteminin monitorinqini keçirmək hüququnun qanuniləşdirilməsi;
  • Ayrı-ayrı güc strukturlarında hərbi-mülki münasibətlərin inkişaf etdirilməsinin zəruri formatı kimi, ictimai monitorinq şuralarının  hərəkətə gətirilməsi;
  • Müdafiə Nazirliyinin və Baş Qərargahın qeyri-şərtsiz ayrılması, Müdafiə Nazirliyinin tamamilə sırf mülki struktur kimi formalaşması, Baş Qərargahın bazasında qoşunların restrukturizasiyası başa çatdırıldıqdan sonra Baş Qərargah komandanlığının yaradılması;
  • Baş İnspeksiyaların bir xidmətdə formalaşdırılması və onun Parlamentin tabeliyinə verilməsi;
  • Milli Təhlükəsizlik Şurasının tamamilə yenidən qurulması—Milli Təhlükəsizlik Şurası rol və funksiyalarının müəyyənləşdirilməsi;
  • DİN-dən təhlükəsizlik bölməsinin çıxarılması, onun bazasında  Federal Təhqiqat Bürosunun (Dövlət Əks--Kəşfiyyat Departamentinin) yaradılması və onun ali baş komandanın tabeliyinə verilməsi;
  • Milli Təhlükəsizlik Şurasının tabeliyində Güc İdarələri Komitəsinin yaradılması ki, bunun da funksiyası qeyd edilən strukturların tam əlaqələndirilməsinin həyata keçirilməsindən ibarət olacaqdır;
  • Federal Təhqiqat Bürosu üçün (yaxud Dövlət Əks-Kəşfiyyat Komitəsi üçün) güc idarələrinin operativ təminat funksiyasının müəyyən edilməsi və Qanunda operativ-təhqiqat tədbirləri barədə müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi;
  • Dövlət Satınalma Departamentinin Parlamentin tabeliyinə verilməsi.

Qeyd edilən hərəkətlərin həyata keçirilməsi nəticəsində milli təhlükəsizliyin elə bir siyasətini işləyib hazırlamaq mümkün olacaqdır ki, bu siyasət təhlükələrə, risklərə və çağırışlara lazımı cavab verəcək , ölkəni daxili destruktiv hərəkətlərdən yaxa qurtarmağa kömək edəcək və kənar qüvvələrin güc tətbiq etməsindən  qoruyacaqdır.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.