PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » Regional əməkdaşlıq

Sizin Cənubi Qafqaz və Qara Dəniz regionu ilə bağlı siyasətiniz nə olacaq?

Qərbin özünün baxışına gərə, Gürcüstan bir çox sahələrdə daimi olaraq Rusiyadan asılı olacaqdır və onun güclü qonşuları ilə konstruktiv əməkdaşlıq etməkdən başqa yolu yoxdur. Gürcüstan bu gün “Böyük Yaxın Şərq”in bir hissəsi və terrorçuluq  təhlükəsinin başlıca regionu kimi dərk olunur. Əfqanıstan və İraq kampaniyaları nəticəsində Gürcüstanın rolu əhəmiyyətli dərəcədə artdı.  Gürcüstanda separatçı regionlar Qərb ölkələri üçün xüsusi təşviş obyektinə çevrilmişdir, onlar bu regionlarda terrorizmin potensial sığınacaq yerini görürlər. Məhz bu hallara görə bu regionların müstəqilliyini tanımamaq siyasəti Qərb üçün prioritetə çevrildi.

Gürcüstan həmişə Rusiya dövlətinin coğrafi- strateji mənafelərinin prizmasına düşür. Transqafqaz Rusiya Federasiyasının bir hissəsi olan Şimali Qafqazla ayrılmaz surətdə əlaqədardır. Cənubi Qafqazın müstəqilliyi Rusiyanın təhlükəsizliyinə əlavə problemlər yaratmışdır, Rusiya öz tərəfindən beynəlxalq fəaliyyətini soyuq müharibə qaydaları ilə davam etdirir.

Rusiya-Gürcüstan münasibətlərinə artıq xeyli vaxtdır ki, etimadsızlıq maneçilik törədir. Bunda hər iki tərəf günahkardır. Bu münasibətlər 2008-ci ilin avqust hadisələrindən sonra ümumiyyətlə dayandırıldı, bununla da Gürcüstan üçün təhlükəsizlik riski əhəmiyyətli dərəcədə artdı. Uzun müddət belə vəziyyətdə qalmaq düzəldilməsi çətin olan nəticələr deməkdir. Gürcüstan və Rusiya yeniləşmiş  münasibətlər yarada biləcəklərmi?  Bu suala cavab vermək ən çox Gürcüstandan asılıdır. Ölkə Rusiyanın milli maraqlarını öz maraqlarını müdafiə etmək hesabına nəzərə almalıdır. Qafqaz regionunda Rusiya-Gürcüstan münasibətlərinin konstruktiv inkişaf etdirilməsi imkanları hələ də mövcuddur. Buna nail olmaq isə yalnız o zaman mümkündür, nə zaman ki, Gürcüstan daxili zəifliyi aradan qaldırmaq işindəki öz üzərinə düşən məsuliyyəti yaxşı dərk edəcəkdir.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.