PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

David Bakradze » Regional əməkdaşlıq

Sizin Cənubi Qafqaz və Qara Dəniz regionu ilə bağlı siyasətiniz nə olacaq?

Vahir Milli Hərəkat qonşu ölkələrlə Gürcüstanın əməkdaşlığına və Qafqazın iqtisadiyyatca sabit və təhlükəsiz bir regiona çevrilməsinə xüsusi önəm verir. Gürcüstanı ənənəvi qonşuluq münasibətləri ona qonşu olan ölkələrlə: Azərbaycanla, Türkiyəylə, ermənistanla, Ukrayna ilə bağlayır. Qonşu dövlətlərə vahid iqtisadi məkanın yaradılması və ümumi bazarın inkişafı regionda sabitliyə və rifaha səbəb olacaq.

Gürcüstan ABŞ-la srtateji tərəfdaşlığını dərinləşdirir. Bu hal 2009-cu ilin yanvarında strateji tərəfdaşlıq haqqında Amerika birləşmiş ştatları – Gürcüstan xartiyasında öz əksini tapmışdır. Bu sənəd müdafiə və təhlükəsizlik, iqtisadiyyat, ticarət və energetika, demokratianın güclənməsi və mədəni mübadilələr sahəsində müdafiə işçi qrupları çərçivəsində nail olduğu konkret qərarlar yolu ilə kömək göstərir. Vahid Milli Hərəkatı hesab edir ki, regionun ölkələri, Avroittifaq, ABŞ-la sıx əməkdaşlığın davamı Gürcüstan və onun qonşuları üçün enerji mənbələrinin və nəqliyyat yollarının diverfikasiya imkanlarını artırır. Gürcüstanın enerji potensiyalının yüksəldilməsi ölkənin təhlükəsizliyi və iqtisadi nkişafına, həmçinin onun vətəndaşlarının rifahına müsbət təsir bağışlayır.

Avropa dövlətlərilə mövcud ikitərəfli əlagələr dərinləşməlidir. Bu isə Gürcüstana Avropa və Avroatlantik inteqrasiya prosesinə kömək göstərəcək, ölkənin vətəndaşlarına rifah gətirəcəkdir. Tanımama siyasətinin davam etdirilməsi və işğal edilən regionların tanınması təhlükəsinin aradan qaldırılması məqsədi ilə Asiya, Afrika, Amerika və okeyan dövlətlərilə əməkdaşlıq davam etməlidir.

Vahid milli hərəkatı Gürcüstanın region siyasi iqtisadi mərkəzə və ölkənin transit funksiyasının güclənməsinə, onunbeynəlxalq enerji, nəqliyyat və rabitə layihələrinə  qatılmasına böyük əhəmiyyət verir.

Bununla yanaşı, Abxaziya və Sxinvali regionunun kəsiklərində Rusiya federasiyası ilə Gürcüstanın sərhəd nəzarətinin mövcud olmaması, ümumiyyətlə, Gürcüstan ərazisində işğal edilmiş regionun mövcudluğu beynəlxalq terorizmə və transmilli sinayətə zəmin yaradır. Vahid milli hərəkatın fikrincə, dövlət bu məcələyə lazımınca diqqət yetirməlidir.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.