PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » Strateji partniyorluq

Hansl ölkə/ və ya ittifaqlarla (alyanslarla) strateji partniyorluğun eləcədə, hərbi strateji partniyorluğun qurulmasına çalışacaqsız? Bu istiqamətdə hansı addımları atacaqsız?

Balanslaşdırılmış siyasət xarici siyasətin əsas istiqamətlərindən biridir və bundan məqsəd Gürcüstan üçün səmərəli beynəlxalq mühit yaratmaqdır. Bu məqsədə nail olmaq üçün Gürcüstan Beynəlxalq Birliklə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.

Gürcüstan ABŞ ilə strateji ikitərəfli  partnyorluğu dərinləşdirir, Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün tanınması işində ABŞ-ın dəstəyi yüksək qiymətə layiqdir. Eləcə də demokratik islahatların həyata keçirilməsində, bazar iqtisadiyyatının inkişaf etdirilməsində, vətəndaş cəmiyyətinin formalaşmasında ABŞ-ın rolu əvəzsizdir.

Gürcüstan bir-birilərinin milli maraqlarını nəzərə almaqla Rusiya ilə mehriban qonşuluq münasibətləri yaratmağa can atır. Gürcüstan Rusiyanın Avropa ilə yaxınlaşmasını və ABŞ ilə gərginliyin yumşalmasını alqışlayır. Gürcüstan  Şimali Qafqazda və Cənubi Qafqazda Rusiyanın maraqlarını nəzərə alacaqdır. Gürcüstan iqtisadi əməkdaşlığın dərinləşdirilməsi barədə Rusiya ilə dialoqa başlayacaqdır.

Gürcüstan ümumi Avropa dəyərlərini qiymətləndirir və belə hesab edir ki, özünün milli dəyərləri Avropa dəyərlərinin bir hissəsidir. Gürcüstan Avropa İttifaqının Rusiya ilə daha da yaxınlaşmağa və əməkdaşlıq etməyə yönəldilmiş siyasətini alqışlayır. Bir tərəfdən Gürcüstanın Avropa İttifaqı ilə, digər tərəfdən Avropanın Rusiya ilə yaxınlaşması Rusiya-Gürcüstan qarşılıqlı münasibətlərinin nizama salınması üçün olduqca əhəmiyyətlidir.

Xarici siyasətin bu üçbucağı çərçivələrində milli təhlükəsizliyin təmin olunması üçün regional əməkdaşlıq mümkün olacaqdır, buna isə regionun bütün dövlətləri, o cümlədən Ukrayna, Moldova, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan, İran və Gürcüstan qoşulacaqdır. Bu işdə Gürcüstanın coğrafi-strateji rolu regional təhlükəsizlik sisteminin formalaşmasında əhəmiyyətli amillərdən birini təşkil edəcəkdir. Belə mühit şəraitində Gürcüstanın, eləcə də regionun yuxarıda adları sadalanan ölkələrinin BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların forumlarında səmərəli əməkdaşlığı üçün daha əlverişli zəmin yaranacaqdır.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.