PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » Ətraf mühit/ekalogiya

Xahiş edirik, sağlam və təhlükəsiz ətraf mühitin yaradılması ilə bağlı təkliflərinizi (əgər varsa) təqdim edəsiz

Gürcüstan təbii kataklizmlərin, təbii fəlakətlərin və miqyaslı istehsalat insidentlərinin qarşısının alınması məsələsinə xüsusi diqqət yetirir, bunun üçün də qeyd olunan problemlərin əvvəlcədən proqnozlaşdırılması və aradan qaldırılması, böhranların idarə edilməsi proqramlarını işləyib hazırlayacaqdır. Gürcüstan zərərli raket yanacaqlarından, zərərli kimyəvi tullantılardan ölkə ərazisinin təmizlənməsi, havanın çirkləndirilməsi mənbələri üzərində nəzarət qoyulması, qidaların təhlükəsizliyi tədbirlərinin keçirilməsi, Gürcüstan qanunvericiliyinin Avropa, BMT standartlarına uyğun gətirilməsi üçün əvvəlcədən proqramlar işləyib hazırlayacaqdır.

İnsanın və təbiətin həyati əsaslarının bütövlükdə qorunub saxlanılması, bu həm ölkəmizin, həm də dünya xalqlarının bir nömrəli qayğısı olmalıdır.

Yaşamaq üçün alternativ enerji resurslarının axtarılıb tapılması, onlardan istifadə etmək və onların populyarlaşdırılması zəruridir, çünki Gürcüstanın qeyri-ənənəvi və bərpa oluna biləcək energetikanın inkişaf etdirilməsinin böyük potensialı vardır, halbuki Günəş və külək enerjisi kimi enerji mənbələrindən hələlik demək olar ki, istifadə olunmamışdır.

Heyvandarlıq tullantılarının emalı və ondan bioloji qaz istehsal edilməsi Gürcüstan üçün demək olar ki, yeni təcrübədir.

Günəş batareyaları enerjinin əhəmiyyətli mənbələrindən biridir. Elektron qurğu, hansı ki, Günəş elektromaqnit şüalarını elektrik enerjisinə çevirir və sabit cərəyan almaq imkanı verir. 

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.