PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » Ərazi bütövlüyü

Ərazi bütövlüyünü bərpa etmək və insanlar arasında qarşılıqlı inamı yüksəltmək üçün hansı siyasəti dəstəkləyəcəksiz?

Biz güc tətbiq etməklə münaqişələrin nizama salınmasından imtina edirik. Birləşmək, abxaz və osetin xalqları ilə birgə yaşamaq istəyirik.

  • Abxazlarla və osetinlərlə ümumi dil tapmalıyıq;
  • Gürcüstan, o cümlədən Abxaziya və Cənubi Osetiya abxazlar və osetinlər olmadan mövcud ola bilməz; lakin Abxaziya və Cənubi Osetiya da Gürcüstansız yaşaya bilməz;
  • Biz, gürcülərin və abxazların, gürcülərin və osetinlərin birgə yaşamaları üçün layiqli şərait yaratmalıyıq. Bu planın həyata keçirilməsi üçün ilk addım Axalqori və Qali rayonlarının və Kodori dərəsinin demilitarizasiyası olmalıdır;
  • Qaçqınların təhlükəsiz qayıtması;
  • Yalnız beynəlxalq polis qüvvələrinin nəzarətinin müəyyən edilməsi;
  •  Beynəlxalq himayə ilə vahid iqtisadi layihələrin həyata keçirilməsi.

Gürcüstanın prioriteti cəlbetmə siyasəti olmalıdır. Gürcüstan dövlətinin demokratik quruluşu, iqtisadi inkişaf modeli və sürətləri, bərabər və ədalətli cəmiyyət, ahəngdar və bərabər inkişaf etmiş regionlar  Avropa üsullu cəlbedici gürcü mühiti yaratmalıdırlar.

Rusiya, ABŞ və Avropa üçbucağı təbii üçbucaqdır, hansından ki, Gürcüstan qaça bilməz və qaçmamalıdır da. Gürcüstan Rusiyanın qonşusudur və qonşusu olacaqdır, Amerikanın partnyorudur və Avropanın hissəsidir.  Gürcüstanın balanslaşdırılmış siyasəti sayəsində ölkəmiz nəinki təkcə başqasının oyun obyekti, həm də bu üçbucağın əsas oyunçusu, eyni zamanda özünün xarici siyasəti ilə müəllifi də ola bilər.

Gürcüstan bir-birilərinin milli maraqlarını nəzərə almaqla Rusiya ilə mehriban qonşuluq münasibətləri yaratmağa can atır. Gürcüstan Rusiyanın Avropaya yaxınlaşmasını və ABŞ ilə gərginliyi aradan qaldırmasını alqışlayır. Gürcüstan Şimali və Cənubi Qafqazda Rusiyanın maraqlarını nəzərə alacaqdır.   

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.