PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Zürab Karatişvili » Məşğulluq

İşsizlik problemini həll etmək üçün hökümət hansı siyasəti həyata keçirməlidir?

Gürcüstan yoxsul, inkişafda olan ölkədir. Digər bu cür ölkələrdə olduğu kimi Gürcüstana da yoxsulluq və işsizlik xasdır. Problem miqyaslıdır və həllini tez tapa bilməz. Çıxış yolunun tapılmasına uzun illər, məqsədyönlü və dərk edilmiş sosial və iqtisadi siyasət lazımdır.

Gürcüstanda işsizlik konyuktur, eləcə də, struktur xarakterə malikdir. Buna görə iqtisadi inkişafla birgə ixtisas təhsilinin də böyük əhəmiyyəti vardır.

Bütövlükdə işsizlik və yöxsulluğun dəfi üçün gərəkli vəzifələrin sadalanması aşağıdakından ibarətdir: İnkişafa yönəldilmiş iqtisadiyyat, işsizliyin sığortası və sığortaya sərf edilən xərclərin gəlir vergisindən azad edilməsi, yeni bilik və ixtisasın genişlənməsinə imkanlar yaratmaq.

Yoxsulluqdan can qurtarmanın vasitələrindən biri sosial sığorta sisteminin yaradılmasıdır. Hər işgüzar insanın müəyyən məbləğ qənaətinə imkanı olmalıdır ki ondan pensiya yaxud yaşayış mənbəsi kimi – işindən üzüldükdən sonra istifadə edə bilsin. Belə qənaət üçün saxlanılan puldan gəlir vergisi çıxılmamalıdır.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.