PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » İqtisadiyyat

İqtisadi artımı sürətləndirməklə bağlı baxışınız nədir? Hansı sahələr sizin prioritetinizi təşkil edir və bununla bağlı Gürcüstan parlamenti və hökümətinə nə təklif edəcəksiz?

Gürcüstan iqtisadiyyatı liberalizmə əsaslanır ki, bu da ölkənin iqtisadi aktivliyində şəxsi sektorun rolunun artması ilə əlaqədardır.  Gürcüstanın başlıca istiqaməti olaraq Büdcə sistemin təkmilləşdirilməsi və vergi administrasiyasının daha də yaxşılaşdırılması, çevik pul-kredit siyasəti yeritmək, iqtisadi böhranları dəf etmək, iqtisadiyyatı daha da inkişaf etdirmək qalır. Gürcüstan, gürcü iqtisadiyyatının hissəsində kənd təsərrüfatının inkişafına, şəxsən isə kənd təsərrüfatında dövlət investisiyasının həyata keçirilməsinə, ixracata kömək göstərməyə, şəxsi investisiyaların cəlb edilməsinə, satış bazarının axtarılıb tapılmasında dövlət dəstəyinə və saxtalaşdırmaya qarşı mübarizəyə mühüm əhəmiyyət verir. Dövlət investisiyaları həyata keçiriləcəkdir: istehsal infrastrukturunda (o cümlədən ixracat məhsulları istehsal edən müəssisələrdə), texnikanın və yeni texnologiyaların tətbiqində, suvarma və drenaj sistemlərinin yaradılmasında, kommunikasiyaların tikintisində, keyfiyyətli məhsul istehsalına dəstəkdə, torpağın keyfiyyətinin və tərkibinin qiymətləndirilməsində.

Şəxsi investisiyalar üçün Gürcüstanda mövcud olan aqrar resurslar barədə tam və dəqiq informasiya sistemi yaradılacaqdır. Torpaq bazarı formalaşdırılacaq və inkişaf etdiriləcəkdir. Dövlət gürcü məhsulunun beynəlxalq bazarda reklam  olunmasında iştirak edəcəkdir. Gürcüstan lazım gəldikdə həm öz daxilində, həm də ölkənin hüdudlarından kənarda  saxtalaşdırmaya qarşı mübarizə aparacaqdır.  

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.