PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

David Bakradze » İqtisadiyyat

İqtisadi artımı sürətləndirməklə bağlı baxışınız nədir? Hansı sahələr sizin prioritetinizi təşkil edir və bununla bağlı Gürcüstan parlamenti və hökümətinə nə təklif edəcəksiz?

Rifaha doğru can atma insanın fundamental haqqıdır və onun həyata keçirilməsi yalnız azad mühittə mümkündür. Hər bir vətəndaşın rifahının təmin edilməsi üçün ölkənin sabit inkişafının elə bir modeli yaradılmalıdır ki, o azad iqtisadi mühitə əsaslanır. Bu modelin prinsipləridir: kiçik hökümət, fiskal məsuliyyətli makroiqtisadi və sağlam monetar siyasət; aşağı vergilər, məqsədli sosial proqramlarının tətbiqi əsasında investisiya mühitinin yaxşılaşdırılması.

Vahid Milli Hərəkatın iqtisadi siyasəıtinin əsas məqsədi ölkənin sürətli iqtisadi inkişafı, işyerlərinin yaradılması, yoxsulluq və işsizliyin dəf edilməsi - əhalinin yaşayış səviyyənin yüksəldilməsi və bütün bunların nəticəsində daha da artıq rifahın, inkişafın və Gürcüstanın hər vətəndaşı üçün sosial rifahın əldə edilməsi.

Xəzər dənizi və orta asiya regionlarından digər ölkələr üçün enerji resursların alternativ yollarla ötürülməsi prosesində Gürcüstana şamil edilən rolu dərk edərək Vahid Milli Hərəkatı iqtisadiyyatın təməl daş kimi onların effektiv funksiyasını hesab edir.

Gürcüstan üçün, eləcə də, ölkənin enerji-müstəqilliyinin möhkəmləndirilməsi prioritetdir. Bu cəhətdən enerjidaşıyıcıların ötürülməsi mənbələrinin diversifikasiyasının saxlanmasıdır.

Gürcüstan elektrikenerjisinin iri region ixracısı olmalıdır, bunun üçün enerji hasilinin artırılmasından başqa ölkələri birləşdirən yeni ötürücü xətlərin inşası vacibdir.

Gürcüstanın nəqliyyat infrastrukturunun inkişafı da əhəmiyyət kəsb edir. Bakı-Tiflis-Qars dəmiryolu maqistralı şərq və qərb arasında iqtisadi əlaqələrin genişlənməsi və Avropa iqtisdi məkanı ilə Gürcüstanın daha da yaxınlaşmasına səbəb olacaq. Anakliya körfəzində Lazika limanının inşası Gürcüstanın tranzit funksiyasını yeni yüksəkliyə qaldıracaqdır.

Vahid milli hərəkatın  fikrincə, Avroittifaqla yaxınlaşmaq və yeni ixrac bazarlarının açılması iş yerlərinin yaradılması prosesinə kəskin stimul verəcəkdir. Bunun üçün Avroittifaqla azad ticarət sazişinin imzalanması tezləşdirilməlidir və müvafiq danışıqla ABŞ-la da aparılmalıdır.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.