PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze » Təhsil

Təhsil siyasəti ilə bağlı baxışınız nədir? İbtidai, ikinci dərəcəli, ali və profesional təhsilin səviyyəsin və keyfiyyətin qaldırmaq üçün hansı siyasəti yürüdəcəksiz?

Təhsil sisteminin islahatının məqsədi ümumi peşə və ali təhsilin keyfiyyətini yaxşılaşdırmaqdan, biliyə və peşəkarlığa əsaslanan cəmiyyətin formalaşmasına kömək göstərməkdən, elmin inkişafı üçün müvafiq şərait yaratmaqdan ibarətdir. Ümumi təhsil sistemində, mənim məqsədim, bütün vətəndaşlar üçün müvafiq ümumi təhsil almaq qayğısına qalmaqdır.

Təhsilə şərait yaratmaq həlledici əhəmiyyətə malikdir, çünki gələcək nəslin şəxsiyyət kimi formalaşması tədris prosesində baş verir. Ona görə də məktəb və ümumiyyətlə, təhsil yeniyetməyə təkcə bilik deyil, o gənci ölkənin layiqli vətəndaşı kimi böyüdüb tərbiyə etməlidir, əsl insan kimi formalaşdırmalıdır. Bu işdə ailənin rolu olduqca böyükdür. Məktəb, xalq tərəfindən kirayə edilmiş idarə kimi, öz işini cəmiyyətin mənafelərinə müvafiq olaraq aparmağa borcludur və bir halda ki, cəmiyyət ailələrin birliyindən ibarətdir, təhsil sistemi ailənin ənənəvi dəyərlərinə uyğun gəlməlidir. Bu, məhz gələcək nəsli cəmiyyət üçün qəbuledilməz olan qüsurlu təzahürlərdən uzaqlaşdırmağın qarantı olacaqdır.

Keyfiyyətli və müasir ali təhsilə şərait yaratmaq Gürcüstanın elmi potensialının yüksəldilməsinin və iqtisadiyyatın inkişafının ilkin şərtlərindən biridir. Təhsilin bütün səviyyədən olan sistemi beynəlxalq standartlara uyğun gəlməli və eyni zamanda gürcü milli dəyərlərinə əsaslanmalıdır.

Yaxşıca dərk etməliyik ki, savadsız adamı saxlamaq dövlətə daha başa gəlir, nəinki təhsilli, işlə təmin olunmuş insanı.

 

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.