PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Mixail Saluaşvili » Baxış

Gürcüstanın prezidenti kimi, sizin ən böyük məqsədiniz nə olacaq?

Bizim “Tanrının adı ilə parlaq Gürcüstan” ümumi başlıqlı prezident proqramımız (bax.  http://www.ufali.ge/ ), iki hissədən ibarətdir:

  • Milli-dini hissə.Burda Gürcüstanın mənəvi missiyasının (vəzifəsinin) mövzusu açıqlanmışdır:
  • Milli-siyasi hissə. Burda isə hazırda mövcud olan siyasi sistemin əsaslı dəyişikliklərinin məsələləri açıqlanmışdır.

Gürcüstanda baş verən hadisələrlə büruzə verilən (bax proqram) tanrımız İsa Məsihin ikinci dəfə dünyaya gəlməsinin ərəfəsini, yəni axır zamanın gəlişinin təsdiqləyici əlamətlərinin bəşəriyyətə bu gün bildirilməsi, əsrlərdən bəri Gürcüstanın mənəvi missiasıdır..

Bibliyanın vəd etdiyi axır zaman isə artıq öz qurtaracağına dirənmişdir. Bu möhtəşəm ləhzəni gözləyən bəşər böyük dəyişikliklər qarşısındadır .

Bizim ümumi devizimizin (şüarımızın) “Həyatı seçin ki yaşayasınız” məğzini layiqincə dərk etdikdə və Gürcü milləti tərəfindən ağıllı qərarlar qəbul edildikdə, yuxarıda söylədiyimiz axır zamanın mərzinə qalmış vaxtda, Gürcüstan prezidenti vəzifəsindəki xidmətim (İnşallah) yalnız Gürcüstanın sakinlərinə deyil, ümumən bəşərin mənəvi cəhətdən hazırlanmasına yönəldiləcəkdir.

Bibliyanın nəsihətlətrinə görə “Məhşər günü artıq axır zamanın bitməsini elan edəcək və bununla gələcək əbədiyyata başlayacaqdır, fənalıq aradan qaldırılacaq, təkəbbürlük və imansızlıq yox olub gedəcək, ədalət möhkəmlənəcək, həqiqət baş ucalığına varacaq. O zaman məhfə düçar olanlara heç kəs kömək edə bilməyəcək və qələbəyə layiq olanlar yaşayacaqlar...“ [3 Ezra 7,49]..

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.