PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

David Bakradze » Baxış

Gürcüstanın prezidenti kimi, sizin ən böyük məqsədiniz nə olacaq?

Gürcüstan vətəndaşlarının sarsılmaz iradəsidir ki, azad və demokratik cəmiyyət inkişaf etdirsin, qanunun aliliyini və hər vətəndaşın qanun qarşısında bərabərliyinə əsaslanan, şəffaf, xalq qarşısında məsuliyyət daşıyan idarəçilik sistemini möhkəmləndirsin və bu hal hər bir vətəndaş üçün insan hüquqlarının və azadlıqlarının, o cümlədən, söz, fikir, vicdan, iqrar və etiqad azadlığının, birləşmə yaradılmasının və onda iştirak etmə hüquqlarının zəmanətidir.

Siyasi sistem ölkə inkişafının mühüm ilkşərtidir. Vahid Millil Hərəkatın hakimiyyəti dövründə həyata keçirilən sistem demokratik islahatlar nəticəsində, Gürcüstanda siyasi qüvvələrin sülh şəraitində dəyişməsi mümkün oldu: Bu nöqteyi-nəzərdən 2012-ci ilin parlament seçkiləri Gürcüstanda demokratik qurumların hasil olunmasında və möhkəmləndirilməsi yolunda əhəmiyyət kəsb edici addımdır.

Vahid Milli Hərəkatın vəzifəsidir ki, ölkə bu müvəffəqiyyəti saxlaya bilsin və hakimiyyətin demokratik yeniləşmə prosesini qaçınılmaz etsin. Parlament seçkilərindən sonrakı il göstərdi ki, bir sıra sahələrdə islahatlar tempi yavaşıdı, bəzi hallarda isə geriyə doğru addımlar atıldı. Bu gün artıq aşkardır ki, hökümət iqtisadiyyatın artması tempini saxlanmasını, infrastrukturun inkişafını, investisiyaların cəlb edilməsini və nəticə kimi yeni iş yerlərinin yaradılmasını, cinayət işlərilə mübarizə və təhlükəsizlik mühitin saxlanılması; ölkə qarşısında duran xətərlərə adekvat reaksiya kimi təsvirlərin gerçəkləşdirilməsində aciz qaldı.

Belə bir reallıq daxilində prezidentin vəzifəsidir ki, xarici kursun dəyişilməz və Gürcüstanın əhalisinin Avro-Atlantik seçiminin həyata keçirilməsi üçün çalışsın; Bununla yanaşı prezident höküməti nəzarət etməlidir ki, hökümət və parlament çoxluğu əhalinin problemlərini həll etsin və bununla öz seçki vədlərini yerinə yetirsin.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.