PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Marqiani Aftandil

kiminsə namizədliyini irəli sürən şəxs:

Təşəbbüs qrupu

Prezindetliyə namizədlərin baxışları (tam formada) ilə tanış olmaq üçün, endirin

Doğum tarixi/yeri

1945-ci il, Mestia

Təhsil

Avtandil Marqiani Gürcüstanın Politexnik Universitetini bitirmişdir.

İş təcrübəsi

1961-1967-cı illərdə Avtandil Marqiani dağ-xizək idmanında Gürcüstanı təmsil edirdi. Müxtəlif illərdə isə briqadir, mühəndis, zavod müdiri və rayon şurasının sədri olaraq işləyirdi.

1990-1991-ci illərdə müstəqil Gürcüstan kompartiyasının mərkəzi komitəsinin katibi idi.

1990-cı ildən Avtandil Marqiani Ali Şuranın deputatıdır. Həmin ilin dekabrın 7-də P/K Gürcüstanın “Demokratik Birliyini” təsis etmişdir.

1992-1995-ci illərdə Gürcüstan Respublikası parlamentinin deputatı və vitse-premiyer vəzifələrində çalışırdı. Abxaziyadan və Sxinvalidən qaçqınların problemlərinin həll edilməsinə və Dali (Kodori) vadisinin muhafizəsinə başçılıq edirdi. Kritik vəziyyətdə ərzaq böhranının dəf edilməsinin təşkilatçısı idi. Bunun yanı-sıra Avtandil Marqiani Baş Hökumət Qərargahının rəhbəri və 1991-1992-ci illərdə Vətəndaş Müharibəsinin bitməsinə başçılıq edirdi, həmçinin, Gürcüstanda Dövlət Şurasının yaranmasının və ona sədr cənab Eduard Şevardnadzenin seçilməsinin təşəbbüskarı da o idi.

Qərbi Gürcüstanda (Sameqrelo-İmereti) vətəndaş müharibəsini O dayandırmışdır. Gürcüstanın MDB-yə üzv olunmasının rəhbəri olmuşdur. Avtandil Marqiani Milli və Sosial Əlaqələri Akademiyasının akademiki, Gürcüstanın Xalq Partiya Hərəkatının P/K Gürcüstanın “Demokratik Birliyini”-nin, o cümlədən, Gürrcüstanın “Ruslar Birliyinin” lideridir.

Avtandil Marqiani Kvemo kartlidə Ağmaşenebelinin, Tamarın və Rustavelinin heykəlləri ilə birlikdə səkkiz yeni gürcü kəndinin, üç kilsənin, yeddi qala-köşk kompleksinin tikilməsinə başçılıq etmişdir.

Ailə vəziyyəti

Həyat yodaşı və iki oğlu var.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.