PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Sergo Cavaxidze

Siyasi Partiya:

Gürcüstana ədalət

Prezindetliyə namizədlərin baxışları (tam formada) ilə tanış olmaq üçün, endirin

Doğum tarixi/yeri

1970-ci il 14 iyul Borcomi

Təhsili

Serqo Cavaxidze Tbilisi 182-ci ümumi məktəbini bitirmişdir. Ali təhsilini İv. Cavaxişvili adına Tbilisi Dövlət Universitetində iqtisadiyyat fakultəsində almışdır. O hüquq fakultəsinin diplomunu “Tori” məktəbində qazanmışdır.

İş təcrübəsi

1990-cı ildə səhmdər cəmiyyət “Mretsvrkiniqza”-nın iqtisadiyyatçı vəzifəsinə təyin edildi: Bir qədər sonra şöbə rəisi və direktor müavini vəzifələrini yerinə yetirirdi; 2000-ci ildə Tbilisi şəhərinin vergi inspeksiyasının İsani-Samqori rayonunun inspektor vəzifəsində, sonra isə baş inspektor mövqesində çalışmışdır.

2003-cü ildə Gürcüstanın Maliyyə Nazirinin məsləhətçisi, həmçinin islahatçılar qrupunun aparıcı üzvlərindən biri olmuşdur. Onun rəhbərliyi ilə yeni struktur-maliyyə inspeksiyası yaradıldı, sonra həmin qurumda S. Cavaxidze operativ departamentə rəhbərlik edirdi.

2004-cü ildə vergi inspeksiyası islahatının müəlliflərindən biri oldu və İsani-Samqori rayonu vergilər inspeksiyasının rəisi vəzifəsinə təyin edildi. 2004-2005-ci illərdə Tbilisinin vergi inspeksiyasının rəis müavini vəzifəsində işə davam etmişdir. Sonralar isə, orqanın baş direktorunun vəzifəsini yerinə yetirirdi.

2007-2010-cu illərdə siyasi partianın “Ədalətli Gürcüstan Naminə” idarə heyətinin üzvü oldu. 2010-cu ildə yerli özünü idarəetmə seçkilərində iştirak etmişdir. 2010-cu ilin dekabrın 23-dən bugünə kimi Serqo Cavaxidze “Əidalətli Gürcüstan naminə” hərəkatının sədridir

Ailə vəziyyəti

Evlidir: arvadı və üç uşağı var

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.