PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Mixail Saluaşvili

kiminsə namizədliyini irəli sürən şəxs

Təşəbbüs qrupu

Prezindetliyə namizədlərin baxışları (tam formada) ilə tanış olmaq üçün, endirin

Doğum tarixi/yeri

1958-ci il iyulun 16-sı Tbilisi

Təhsili

1975-ci ildə Tbilisinin 7-ci ümumi məktəbini bitirdi. 1980-ci ildə isə Gürcüstanın Politexnik İnstitutunun inşaat fakultəsini sənae və mülki inşaat ixtisası üzrə bitirdi. 1980-ci ildə İv. Çavçavadze adına Tbilisi Xarici Dillər Dövlət Pedaqoji İnstitutunun yanında mövcud xarici dillər və 1989-ci ildə Tbilisi Dövlət Universitetinin ictimai ixtisas fakultəsinin iki illik kurslarını keçdi. 1986-cı ildə M. Saluaşvili Gürcüstanın Politexnik İnstitutunun aspiranturasını sona yetirdi.

1987-ci ilin dekabrın 11-də namizədlik dissertasiyası müdafiə etdi. 1988-ci ilin mayın 11-də ona texniki elmlər namizədi elmi dərəcəsi verildi; 1992-ci ilin aprelin 21-də Gürcüstanın texniki universitetinin elmi şurasının qərarı ilə inşaat konstruksiyaları kafedrasının dosenti oldu.

İş təcrübəsi

1979-1980-ci illərdə tələbələrin konstruktor bürosu “Mşenebloba”-da işləyirdi; 1980-ci ildə isə inşaat idarəsi və 1980-1982-ci illərdə Gürcüstanın kosmos tikililəri institutunda çalışırdı. 1983-1989-cu illərdə Gürcüstan Politexnik İnstitutunda #67 “Metal konstruksiyaları” kafedrasının asistenti, müəllim və baş müəllim vəzifələrini tuturdu. 1990-1991-ci illərdə həmin institutun “Mülki müdafiə silsiləsi”-nin dosenti və silsilənin rəisi idi. 1991-1995-ci illərdə #21 “İnşaat konstruksiyaları” kafedrasının dosenti, kafedra müdürünün müavini – “Müdafiə tikililərinin” rəisi olmuşdur. 1984-cü ildə M. Saluaşvili “gənc alimlər klubunun” üzvü oldu.

1991-ci ilin martın 31-də yerli özünüidarəetmə seçkilərində “Dəyirmi masa” – azad Gürcüstan” seçkilər siyahısı ilə Tbilisinin Saburtalo rayonunun sakrebulosunun deputatı seçildi; Sakrebulonun ilk iclasındaca sakrebulonun katibi (sədri) təyin edildi və Tbilisi Sakrebulosunun üzvü oldu. 1992-ci ilin yanvarında siyasi təşkilat ədalətin bərpası ittifaqı “Xma erisa”-nı (xalqın səsi) təsis etdi. 1992-ci və 1995-ci illərdə Gürcüstanın parlament seçkilərində iştirak etdi.

1993-cü ildə MMC qəzeti “Arçevani”ni 1996-cı ildə MMC tele/radio şirkəti “Xma erisa”-nı 1996-cı ildə isə MMC nəşriyyat “Xma erisa 2”-ni təsis etdi. `1996-cı ilin aprelin 9-dan qəzetin “Zviadis qza” (Zviadın yolu) nəşrinə başladı; 1996-cı ilin dekabrın 15-də həmfikirləri ilə birlikdə Gürcüstanın mənəvi missiyasını öyrənən “Lazares insitutu”-nu təsis etdi və təsisi günündən onun sədridir. 1997-ci ilinin yanvarın 4-də “Deda enis sastsauli” (ana dilinin möcüzəsi) qəzetinin ilk sayını nəşr etdirdi.

2003-cü ildən “Abxaziya döyüşçüləri ittifaqının” üzvüdür; 2003-2004-cü illərdə Abxaziya Muxtar Respublikasının Ali Soveti sədrinin məsləhətçisi vəzifəsini tuturdu. 1992-2011-ci illərdə isə ədalətin bərpası ittifaqı “Xma erisa”-nın salenunun sədri idi; 2011-ci iln dekabrın 23-də həmin ittifaqın laskarının sədri olmuşdur

İxtiraları: 1985-ci ildə şəxsi maketlərilə dünya gənc ixtiraçılarının nailiyyətləri sərgisində “Bolqaristan 85”-də iştirak etdi; həmçinin 1987-ci ildə xalq təsərrüfatı nailiyyətləri sərgisində Moskvada da iştirak etmişdir.

Hazırda 86 monoqrafianın, 59 elmi işin, 2000-dək qəzet publikasiyasının müəllifidir. 1993-cü ilin mayın 26-da Gürcüstan konstitusiyasının layihəsini dərc etdi və dövlət konstitusiya komisiyasına həsr edilən 9 hüquqi məcmuanın müəllifidir. 1988-ci ildən Gürcüstanın milli-azadlıq hərəkatına fəal qatıldı; 1989-1990-cı illərdə isə”Gürcüstanın xalq cəbhəsinin” və “Gürcüstanın milli cəbhəsi – ifrat ittifaqı”-nın (1990-1992) üzvü idi

Ailə vəziyyəti

İki oğlu var

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.