PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Giorgi Marqvelaşvili

Siyasi Partiya:

Gürcüstan Arzusu – Demokratik Gürcüstan

Prezindetliyə namizədlərin baxışları (tam formada) ilə tanış olmaq üçün, endirin

Doğulma tarixi / Doğulma yeri

1969-cı ilin 4 sentyabrı, Tbilisi

Təhsil

Qiorqi Marqvelaşvili Tbilisi N1 ictimai məktəbini bitirdi. 1987-1992-ci illərdə O İvş Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin fəlsəfə-psixologiya fakultəsində oxuyurdu; 1993-1994-cü illərdə isə Mərkəzi Avropa Universitetində, sosiologiya ixtisasında.

Elmi dərəcəsi: 1998-ci ildə fəlsəfə üzrə dissertasiya müdafiə etdi və fəlsəfə elmləri doktoru dərəcəsini aldı.

İş təcrübəsi:

1992-1995-ci illərdə Qiorqi Marqvelaşvili dağda rəhbər kimi, çapxanada köməkçi kimi və nəşriyyatda menecerin assistenti kimi çalışırdı. 1995-ci ildən etibarən Qiorqi Marqvelaşvili Milli Demokratik İnstitutunda (NDİ) əvvəllər tərcüməçi, sonradan isə assistent vəzifəsində işləyirdi. NDİ-də sonradan proqram rəhbəri olmuşdur.

2000-2006-cı illərdə Qiorqi Marqvelaşvili Gürcüstanın İctimai Məsələlər İnstitutunda (GIPA) rektor vəzifəsində çalışırdı. GIPA dövlət idarəçilik və jurnalistika sahəsində ən uğurlu məhz bu illərdə oldu.

2006-2010-cu illərdə Qiorqi Marqvelaşvili tədqiqat departamentinə rəhbərlik edirdi, 2010-2012-ci illərdə isə O yenidən GIPA-nın rektorluğuna qayıdır.

Qiorqi Marqvelaşvilini prezident namizədliyinə 2013-cü ildə “Gürcü arzusu” koalisiyası təqdim etmişdir. Prezidentliyə namizəd olmadan əvvəl O Təhsil və Elm Naziri vəzifəsində işləyirdi. Qiorqi Marqvelaşvili işğüzar səfərlə Avropanın, Amerikanın, Afrikanın bir çox ölkəsində olmuşdur. Şimali Qafqazda, Pamirdə və Orta Asiyada alpinist ekspedisiyalarda iştirak etmişdir. 90-cı illərdə öz kamanda yoldaşları ilə birlikdə Pakistana, Hidistana, Nepala, Çinə, o cümlədən, Tibet əyalətinə səfər təçkil edib, iştirak etmişdi. .

Ailə vəziyyəti:

Bir qızı var

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.