PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Nino Burcanadze

Siyasi Partiya:

Demokratik Hərəkat – Birləşmiş Gürcüstan

Prezindetliyə namizədlərin baxışları (tam formada) ilə tanış olmaq üçün, endirin

Doğulduğuyer/ doğulduğu tarixi

1964-cü il, 16 iyul, Kutaisi

Təhsil

“Demokratik hərəkatı – Vahid Gürcüstan”-nın sədri Nino Burcanadze 1981-ci ildə Kutaisi Akaki Sereteli adına #2 orta məktəbi fərqlənmə ilə bitirmiş və həmin il Tbilisi Dövlət Universitetinin hüquq fükultəsinə daxil olmuşdur, 1986-cı ildə təhsilini Moskvanın M. Lomonosov adına Dövlət Universitetinin Beynəlxalq Hüquq Kafedrasının aspiranturasında davam etdirdi. 1990-cı ildə beynəlxalq təşkilatlar və beynəlxalq dəniz hüququ məsələlərində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.

Nino Burcanadze 1991-ci ildən Tbilisi Dövlət Universitetinin Beynəlxalq Hüquq Kafedrasının dosenti, 1991-1992 illərdə Gürcüstan Ətraf Mühiti Qoruma Nazirliyinin ekspert-məsləhətçisi, 1992-1995-ci illərdə isə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komissiyasının ekspert-məsləhətçisi idi.

İş təcrübəsi

1995-ci ildə Nino Burcanadze Gürcüstan Parlamentinin üzvü oldu, 1995-1998-ci illərdə Gürcüstan Parlamentinin Konstitusiyonal Hüquq Məsələləri və Qanun Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı. 1998-1999-cu illərdə isə həmin komitənin sədrliyinə seçdilər.

1999-cu ildən Nino Burcanadze yenə parlament üzvüdür, 2000-2001-ci illərdə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinə sədrlik edirdi. 2001-ci ilin noyabrında Gürcüstanın beşinci mağırış parlamentinin sədrliyinə seçdilər.

Bu müddətdə o beynəlxalq arenada fəal iştirak edirdi: 1998-200-ci illərdə ATƏT-in parlament Asambleasının demokratik insan haqları ittifaqı və Gürcüstan Parlament əməkdaşlıq komitəsinin sədri, 2001-2008-ci illərdə isə qara dəniz ölkələrinin iqtisadi əməkdaşlığının parlament asambleası prezidenti idi.

2003-cü ilin 2 noyabr parlament seçkilərində Nino Burcanadze Zurab Jvania ilə birlikdə seçki bloku “Burcanadze demokratlar” lideri idi. Qızıl gül inqilabından sonra 2003-cü ilin 23 noyabrından 2004-cü ilin yanvarın 25-dək Gürcüstan prezident vəzifəsini yerinə yetirirdi, 2004-cü ildə e yenə Gürcüstan parlamentinin sədri oldu və bu vəzifədə 2008-ci ilin iyununa qədər çalışdı.

2007-ci ilin noyabrında 2008-ci ilin yanvar ayınadək Nino Burcanadze yenə də Gürcüstan prezidenti vəzifələrini yerinə yetirirdi.

2008-ci ilin parlament seçkilıri qabağı N. Burcanadze “Milli Hərəkat” siyahı ilə iştirak etməkdən imtina etdi və həmin ilin iyun ayında “Demokratik inkişaf fonu” təsis edərək adı çəkilən fondun prezidenti oldu. 2008-ci ilin dekabrında N. Burcanadzenin təşəbbüsü ilə siyasi partiya “Demokratik hərəkarı – bütöv Gürcüstan” təsis olundu və sədrliyinə də özü seçildi. O bu günə qədər qeyd olunan vəzifədədir. 2010-cu ilin noyabrın 25-də N. Burcanadzenin “Demokratik hərəkatı”-nın fəal iştirakı ilə “Nümayəndəvi Xalq İclası” təsis olundu. 2011-ci ilin mayın 21-26-da “Xalq İclası” və “Demokratik hərəkatı”-nın təşəbbüsü ilə, Tbilisidə hakimiyyətə qarşı kütləvi çıxışlar keçirildi.

2013-cü ilin 27 oktyabr seçkilərində “Xalq İclası” və “Demokratik hərəkatı” tərəfindən Nino Burcanadze prezidentliyə namizəd adlandı.

Nino Burcanadze gürcü, rus və inglis dillərində iyirmiyədək elmi iş, o cümlədən, bir moniqrafiya “Yeni tip beynəlxalq təşkilatlarının hüquqi məsələləri” nəşr etdirib.

Ailə vəziyyəti

Həyat yoldaşı və iki övladı var.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.