PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

David Bakradze

Siyasi Partiya:

Birləşmiş Millət Hərəkatı

Prezindetliyə namizədlərin baxışları (tam formada) ilə tanış olmaq üçün, endirin

Doğulduğu tarix/ doğulduğu yer

1972-ci il 1 iyul, Tbilisi

Təhsil

1978-1989-ci illərdə Tbilisi Birinci ictimai məktəbdə oxuyurdu. 1994-cü ildə Gürcüstanın Texniki Universitetinin mühəndis fizik fakultəsini fərqlənmə ilə bitirdi; 1994-1998-ci illərdə həmin universitetin fizika fakutəsinin doktorantura tələbəsi idi. 1996-cı ildə Gürcü-Amerika Insitutunu fərqlənmə diplomu ilə bitirdi və dövlət idarəçilik maqistri ünvanını aldı..

İş təcrübəsi

1990-1995-ci illərdə Gürcüstan Texniki Universitetinin Radyologiya Tədqiqləri Laboratpriyasında tədqiqatçı asistent kimi işləyirdi: 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin hərbi-siyasi departamentinin silahsızlaşma və silahlanmağa nəzarət idarəsinin sədr müavini vəzifəsinə təyin olundu. 1998-200-ci illərdə isə həmin departamentdə idarə rəisi vəzifələrində işləyirdi: 2000-2002-ci illərdə Xarici işlər Nazirliyinin hərbi-siyasi Departamentinin müdirinin müavini idi; 2002-2003-cü illərdə Milli Təhlükəsizlik Şurasının Beynəlxalq Təhlükəsizliyi və Münaqişələr Departamentinin müdiri; 2004-cü ildə isə Siyasi Təhlükəsizlik departamentinin müdiri vəzifəsini yerinə yetirirdi. 2004-2007-ci illərdə Gürcüstan parlamentinin üzvü və Avropa ilə inteqrasiya komitəsinin sədri oldu. 2007-2008-ci illərdə Davit Bakradze münaqişələrin həlli üzrə Gürcüstan Dövlət Naziri idi, 2008-ci ildə isə Gürcüstan Xarici İşlər Naziri oldu. Həmin ildə Avropa və Avroatlantik məsələləri üzrə Gürcüstan prezidentinin xüsusi nümayəndəsi oldu. 2008-2012-ci illərdə Davit Bakradze Gürcüstan palamentinin sədri, hal-hazırda isə Gürcüstan parlamentində parlament azlığının lideridir. .

İctimai aktivlik: 1996-1998-ci illərdə Dövlət idarəsinin Avropalı Tələbələr Birliyinin (Nepas) təsisçi üzvü, 1997-2002-ci illərdə isə Dövlət idarə institutları və məktəblər şöbəsinin (NISPA) müstəqil üzvü idi. 1997-2001-ci illərdə Dövlət İdarəsinin Gürcü-Amerika İnstitutunun idarə heyətinin və 1991-2001-ci illərdə Milli Təhlükəsizlik Şurasının İdarələrarası Komissiyasının ekspertlər qrupunun üzvü idi. 2004-2007-ci illərdə Avroparlamentdə Gürcüstan parlamentinin daimfəal heyətinə və Gürcüstan-Avroittifaq parlament əməkdaşlığının komitəsinə başçılıq edirdi. 2005-2008-ci illərdə Avro-atlantik məsələləri üzrə dövlət kommisiyasının və avropa ilə inteqrasiya məsələlərində dövlət komissiyasının üzvü idi.

Əsas beynəlxalq təcrübə: 1999-2000-ci illərdə Davit Bakradze Gürcüstan heyətinin üzvü idi. Adi silahlanma üzrə nəzarət haqqında yüksək səviyyəli operativ qrupunun məsləhətlərində iştirak edirdi: (19+1 format) NATO; Həmin illərdə Gürcüstan dövlət heyəti üzvü statusu ilə ABŞ-la hərbi-siyasi məsləhətlərdə iştirak edirdi. 1999-2003-cü illərdə Gürcüstan və Rusiyanın birgə elanı (17.11.1999, İstanbul) haqqında danışıqların həyata keçirilməsi və Gürcüstandan Rusiyanın hərbi qüvvələrinin geri çıxarması ilə əlaqədar yaradılan gürcü ekspertlər qrupunun üzvü idi.

2002-2003-cü illərdə Gürcüstan Dövlət heyətinin üzvü qismində Gürcüstan və Rusiya federasiyası arasında çərçivə-müqavilə haqda danışıqlarda iştirak edirdi.

2004-2007-ci illərdə Davit Bakradze Acropa parlamentində Gürcüstan parlamentinin daimifəal heyətinə sədrlik edirdi. Eyni zamanda, Gürcüstan-Avropa ittifaqı parlamentar əməkdaşlığı komitəsinin sədri idi. 2007-ci ildə Avropa Şurasında Gürcüstab parlamentinin daimfəal heyətinin üzvüdür.

2008-2012-ci illərdə ATƏT-in parlament Assambleasında Gürcüstan parlamentinin daimfəal heyətinin sədri funksiyasını icra edirdi. Həmin illərdə Demokratlar Birliyinin parlament forumunun beynəlxalq şurasının üzvü və vitse-prezidenti olub. Davit bakradze illər ərzində Gürcüstanın ayrı-ayrı heyətinin üzvü, spikeri və hərbi-siyasi sahədə NATO-nun, EAPC-nın; OSCE-nin, OPCÜ-nın, IAEA-nın, UN-nın və müxtəlif ölkələr tərəfindən təşkil olunmuş bir çox beynəlxalq fəaliyyətin (seminarlar, konfranslar, treninqlər, məsləhətlər) iştirakçısı olbudur.

1996-cı ilin noyabrında “Əla oxumaq” üçün Gürcüstan prezidentinin xüsusi prizi verildi; 1998-ci ilin iyunundsa isə NATO/EAPC-nın təqaüdçüsü oldu.

2000-ci ildə həm Gürcüstan xarici işlər Nazirinin həm də Gürcüstan prezidentinin “ən əla ixtisas nailiyyətlərə” üzrə razılığına layiq görüldü. 2005-ci ilin iyulunda “Beynəlxalq əlaqələrdə İsveçrənin liderlik mükafatını” əldə etdi; 2009-cu ilin martında isə C. Marşalın Avropa Mərkəzinin təhlükəsizlik araşdırmalarında (Qormiş-portenikçen, Almaniya) “Ayın ən əla məzunu” oldu

2012-ci ilin martın 9-Polşa Respublikası başçısının Xaçı Polşa nailiyyətləri üçün (Polş aRespublikası prezidentinin #61-2010 sərəncamı, 2010-cu ilin martın 9).

Ailəvi vəziyyət:

Həyat yoldaşı və iki övladı var.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.