PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Namizədin və partiya

Prezidentliyə namizədin və partiyanın baxışlarını müqayisə edin

Partnyorlar

Tez-tez verilən suallar

Bu veb-saytın yaradılmasında əsas məqsəd nədir?

Saytın yaradılmasının əsas məqsədi bir tərəfdən prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin vacib məsələlərə bağlı yürüdəcəyi siyasəti cəmiyyətə çatdırmaq, digər tərəfədən isə məlumat yüklü və məqsəd yönlü siyasi müzakirələri təşkil etməkdir. 

 

Prezidentliyə namizədlər veb-saytda öz proqramlarını necə nümayiş etdirəcəklər?

Prezidentliyə namizəd olan və 2013-cü ildə keçiriləcək president seçkilərində iştirak edən istənilən namizəd öz proqramı haqqında bu saytda məlumat verə biləcək. Anket hissəsində (buradan yüklə) suallara verilmiş cavablar bu e-mail ünvana göndərilməlidir: contact@nimd.ge 

 

Nə üçün bəzi cavablar bölümündə boş yerlər var?

Bütün prezidentliyə namizədlər seçimlərinə uyğun olaraq istədikləri suallara cavab verməyə bilər. 

 

Veb-saytda öz proqramlarını yerləşdirən prezidentliyə namizədlər necə seçilmişdilər?

Seçkilərdə iştirak edən bütün prezidentliyə namizədlər anket bölməsində verdikləri cavabları göndərə bilirlər. NİMD (Niderland Çoxpartiyalı Demokratiya İnistitutu) web-saytın yaradılması haqqında məlumatı müxtəlif media orqanları vasitəsi ilə yayıb və sualları bütün qeydə alınmış prezidentliyə namizədlərə göndərib. 

 

Veb-sayt prezidentliyə namizədləri hansı meyar əsasında sıralayıb?

Beynəlxalq protokolun ənənəsinə əsaslanaraq, namizədlərin bərabər statusda qalmasını təmin etmək üçün, sıralama meyarı əlifba sırasına uyğun olaraq müəyyən edilib.  Məsələn, familiyası “G” hərfi ilə başlayan namizədin sıralamada yeri yeddinci olacaq və beləcə sıralama davam edəcək. 

 

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.